SON DƏQQƏ

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

18:57 - Tac Mahal hələlik gündəlik maksimum 5 min turist qəbul edə biləcək

18:39 - Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

18:19 - II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

naxcivanxeberleri.com

Tələbələrin onlayn təcrübə keçmələri təmin edilib

Tələbələrin onlayn təcrübə keçmələri təmin edilib
19-05-2020, 16:43

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə nazirlik tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrinin onlayn təcrübə keçmələri təşkil edilmişdir.

Qeyd olunub ki, ötən dövrdə ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib. Bu layihələrin həyata keçirilməsində tələbələrin könüllü olaraq nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə cəlb edilməsi yeni layihələri üzə çıxarmağa xidmət edir.

Sonra tələbələrin nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində ballistik və sənədlərin texniki ekspertizaları laboratoriyalarında onlayn təcrübə keçmələri təşkil edilmişdir. Təcrübə müddəti tələbələrə ballistik və sənədlərin texniki ekspertizalarının anlayışı, obyektləri, vəzifələri və predmeti haqqında ümumi məlumat verilmiş, məhkəmə tədqiqatı üçün nəzərdə tutulan avadanlıqlarla tanış edilmiş, laboratoriyalarda müvafiq aparatların köməyi ilə aparılan ekspertiza işləri izahlı şəkildə təqdim olunmuşdur.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və ekspertiza sahəsində tələbələri maraqlandıran suallar cavablandırılmışdır.  

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930