SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq
19-05-2020, 14:31

Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu "Report"-un Rusiya bürosuna açıqlamasında Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib. “İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhəddi keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhəddi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlyışla yanaşmaq lazımdır”,- deyə Q.Panayev bildirib.

Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın 1-2 saat ərzində sərhədi keçəcəkləri gözlənilir. 

Qeyd edək ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.

Xatırladırıq ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930