SON DƏQQƏ

naxcivanxeberleri.com

Ürəyin və sinir sisteminin sağlamlığı üçün İYDƏ yeyin

Ürəyin və sinir sisteminin sağlamlığı üçün İYDƏ yeyin
19-05-2020, 01:35

İydə çox faydalı və müalicəvi meyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu.

Belə ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.

Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.

İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.

İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

İydəni təzə halda yemək və həmçinin mürəbbə, cem, kompot hazırlamaq olar. Bəzi ölkələrdə iydəni qurudub un hazırlayırlar və daha sonra bu undan müxtəlif şirniyyatlar bişirirlər.

İydədən hazırlanmış dəmləmə tənəffüs sisteminə çox müsbət təsir edir, nəfəs yollarını təmizləyir.

Babasil zamanı iydənin yarpaqlarından və qabığından hazırlanmış dəmləmə oturaq vannaları üçün istifadə olunur. Belə vannalar genişlənmiş babasil düyünlərindən qanaxmanı azaldır və hamçinin ağrıları sakitləşdirir.

Büzücü təsirə malik olan bu dəmləmə həmçinin ishal zamanı da istifadə olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930