SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTO
18-05-2020, 22:55

18 may 2020-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya Laboratoriyasının (İnnolab) təşkilatçılığı ilə “İdeyanın məkanı yoxdur” mövzusunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransa Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və 90 nəfərdən çox tələbələri qoşulmuşlar. Naxçıvan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev konfransı giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda da Startapla bağlı, yeni ideyaların, layihələrin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd etmişdir. Konfransın keçirilməsində əsas məqsədin kadr potensialının inkişafı ilə yanaşı, gənc­lərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi olduğunu vurğulayan prorektor konfransın işinə uğurlar arzulamışdır.

         Naxçıvan Müəllimlər İnsitutunun İnnovasiya laboratoriyası üzrə mütəxəssisi Səminə Rüstəmova institutda yaradılmış innovasiya laboratoriyasının fəaliyyət və perspektivlərindən danışaraq bildirmişdir ki, laboratoriya institutda tələbələrin startapla bağlı biliklərinin formalaşmasını, biznes layihə və planlarının qurulmasını, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir, tələbə və müəllimlərin innovativ təkliflərinin dəyərləndirilməsinə, startapların həyata keçirilməsi üçün informasiya texnoloji təminatın yaradılmasına, bu layihələrin daha səmərli müzakirə olunmasına imkan verir.

         Sonra Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Həsənova “Layihələrin davamlılığının təminatı üçün nəzərə alınması zəruri olan şərtlər” mövzusunda çıxış edərək dünyada mövcud olan uğurlu layihələr və onların davamlılığının səbəblərindən danışmış, Startapın kiçik və orta biznesdən fərqini izah etmişdir. 

Konfrans tələbələrin irəli sürdüyü biznes-ideyalarının müzakirəsi ilə davam etmişdir.

 

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTONaxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib-FOTO   

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930