SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın Kəngərli və Şahbuz rayonlarında qapalı suvarma şəbəkəsi qurulur

Muxtar respublikanın Kəngərli və Şahbuz rayonlarında qapalı suvarma şəbəkəsi qurulur
18-05-2020, 16:39

Muxtar respublikada su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu tədbirlərin davamı olaraq Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri qurulur.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ötən müddət ərzində Kəngərli rayonunun Böyükdüz kəndində 1000 hektardan çox sahəni əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Hazırda kənddə 800 hektar sahəni əhatə edən daha bir qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir. Qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən aparılır. Artıq işlərin müəyyən hissəsi görülüb, 505 supaylayıcı hovuz hazır vəziyyətə gətirilib, 72-si quraşdırılıb. Ərazidə digər hovuzların quraşdırılması və tikinti işləri davam etdirilir. Tikinti zamanı 5 min 197 metr ana xətt və 73 min 217 metr paylayıcı boru xətti çəkiləcək. Ümumilikdə, qapalı suvarma şəbəkəsi qurularkən 80 kilometrdən artıq boru xətləri çəkiləcək, torpaq sahələrinin dayanıqlı su təminatı yaradılacaq. Xətlərin üzərində 145 sutənzimləyici siyirtmə, 780 hidrant və 138 suboşaldıcı quraşdırılacaq. Böyükdüz kəndində qurulacaq qapalı suvarma şəbəkəsinin su təminatı Araz su anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır.

Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda, rayonun Külüs kəndində nasos stansiyasının qurulması 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaq.

Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930