SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib

Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib
17-05-2020, 21:40

Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib.

 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Romantizm cərəyanının yaranmasına dair” mövzunu Bakı Musiqi Akademiyası Musiqi tarixi kafedrasının müdiri, professor , Azərbaycan Respublikasının Əməkdar müəllimi Ülviyyə İmanova keçib.

Fakültənin  dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar  rəssamı Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq fakültədə bu cür seminarların təşkilinin artıq ənənə  halı aldığını qeyd edib. Vurğulanıb ki, təşkil edilən ustad dərslər müəllim və tələbələrin peşə bacarıqlarının formalaşmasında, təcrübələrinin möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.

Professor XVIII əsrin sonu XIX əsrin əvvəllərində Avropa ədəbiyyatında sonra isə musiqi və təsviri incəsənətdə təşəkkül tapmış romantizm cərəyanından danışıb. Bu ədəbi cərəyanın yaranma səbəbləri və o dövrdə mövcud olan  siyasi-ictimai mühit təhlil edilib. Alman və İtaliya bəstəkarlıq məktəblərindən söhbət açan professor F. Şubert, R.Şuman, F. Şopen, K.M. Veber, F.List  və digər məşhur bəstəkarların əsərlərinin janr və üslub xüsusiyyətlərini diqqətə çatdırıb.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930