SON DƏQQƏ

23:49 - Əcəmi Seyrəngahında gənclərin iştirakı ilə “Yoqa Günü” təşkil olunub-FOTO

23:30 - Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22:53 - Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

naxcivanxeberleri.com

Qarabağlar imamzadəsi

Qarabağlar imamzadəsi
17-05-2020, 11:16

Qədim və zəngin tarixi keçmişə malik olan muxtar respublikamız çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və mənəvi zənginliklər içərisində diyarımızın müxtəlif bölgələrində böyük bir dini-tarixi keçmişə şahidlik edən imamzadələr də var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu kimi abidələr həm memarlıq baxımından, həm də dini dəyərlərimizin qorunması və yaşadılmasına görə böyük əhəmiyyət daşıyır. Bu mənada Kəngərli rayonunun öz tarixi keçmişi ilə diqqət çəkən yaşayış yerlərindən Qarabağlar kəndindəki Qarabağlar İmamzadəsi də xüsusi yer tutur. Qarabağlar İmamzadəsindən bəhs etməzdən öncə qeyd edək ki, “İmamzadə” anlayışı “İmam” kəlməsindən yaranıb və bu söz ərəbcədən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İmamlar İslam dünyasında Həzrəti Məhəmməddən (sav.) sonra dini rəhbər funksiyasını yerinə yetirən və bu müqəddəs şəxsiyyətin nəslindən olan kəslərdir. Bəs bu gün muxtar respublikamızın bir sıra bölgələrində rast gəlinən İmamzadə dini-tarixi abidələrində dəfn olunan və İslam peyğəmbərinin soyunu daşıyan bu müqəddəslər necə olub ki, diyarımıza gəlib çıxıblar? Tarixə nəzər saldıqda bu məsələnin həmin dövrdə baş verən bir sıra proseslərlə bağlı olduğu ortaya çıxır. Belə ki, imamlar (şiə imamları) Abbasi xəlifəliyi dövründə daim təqiblərlə üzləşmiş, buna bağlı olaraq da onlar təqiblərdən yaxa qurtarmaq üçün müxtəlif yerlərə köç etmək məcburiyyətində qalmış, eləcə də ölkəmizə pənah gətirmişlər. XVI əsrdən etibarən isə Azərbaycanda Səfəvilər dövlətinin qurulması ilə bir neçə əsr təqiblərə məruz qalan imam övladlarına, bir növ, “bəraət” verilmiş, onların dəfn olunduqları yerlərdə şərəflərinə türbələr (məqbərələr) inşa olunmuşdur. Nəticə etibarilə bu gün muxtar respublikamızın bir sıra yerlərində mövcud olan İmamzadə dini-tarixi abidələrinin əsası da bu tarixi şəraitdə qoyulmuşdur. Bunlardan biri də məhz haqqında danışacağımız Qarabalar kəndində tikilmiş və bu günədək gəlib çıxmış Qarabağlar İmamzadəsidir. Qeyd edək ki, muxtar respublikadakı tarixi-dini abidələrdən olan Qarabağlar kəndindəki Qarabağlar İmamzadəsi “Ocaq dibi” adlı qəbiristanlıqda yerləşir. Burada dəfn olunan müqəddəs şəxsiyyətlərə məxsus məqbərələr 3 ənənəvi milli memarlıq nümunəsi olan tikilidə cəmlənmişdir. Birinci qəbir XIII əsrdə yaşamış və İslam övliyası kimi tanınmış Seyid Əhdi Qarabağlariyə aiddir. Bu müqəddəs şəxsiyyət İmam Museyi Kazımın övladlarından biri olmuşdur. Tarixi mənbələrdən də məlum olduğu kimi, İmam Museyi Kazım zəhərlənib öldürüldükdən sonra onun övladları, yaxın ətrafı təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün yer-yurdlarını tərk etmiş, bir çox ölkələrə, o cümədən Azərbaycana və onun Naxçıvan bölgəsinə pənah gətirmişlər. Onun qulamları ilə qaçan həddi-büluğa çatmamış xələfləri də o cümlədən Qarabağlarda canlarını tapşırmış və burada dəfn olunmuşlar. Qarabağlar kəndinin ağsaqqal sakinlərinin dediyinə görə məqbərədə yerləşən qəbirlərin üzərində özüldən işlənmiş sənduqə də var imiş. Lakin 1950- ci illərdə keçmiş SSRİ Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları burada tətqiqat işləri apararkən həmin sənduqəni də məhz tədqiqat məqsədi ilə götürüb aparmışlar. Qarabağlar İmamzadəsində Seyid Əhdi Qarabağlari ilə birlikdə bu müqəddəs şəxsiyyətin 3 kiçik övladının da məzarları yerləşir. Burada həmçinin Seyid Xeyrulla Əhdi, onun qardaşı və həyat yoldaşının məzarları da var. Xeyrulla Əhdinin məzarı üzərində olan kitabşəkilli incə naxışlı sənduqə Rusiyadakı Ermitaj muzeyinə tədqiqat üçün aparılan 7 məşhur qəbirüstü nümunələrdən biridir. Sənduqənin üzərində kiçik məlumat, həmçinin “Qurani-Kərim” ayələrindən işlənmiş kitabə də var. Qeyd edək ki, 6 guşəli, Naxçıvan memarlıq məktəbinə məxsus Qarabağlar İmamzadəsi XX əsrin əvvəllərində bir çox tarixi memarlıq abidələrimiz kimi dağıdılmış, yaddaşlardan silinmək istənilmişdir. Belə ki, üzərindəki qübbəli tikili ötən əsrin 30-cu illərində dağıntıya məruz qalmış, məqbərə məhv edilmişdir. Lakin sonradan həmin təməl üzərində indiki şəkildə yenidən məqbərə inşa edilmiş, dini-tarixi dəyərlərimizin itib-batmasının qarşısı alınmışdır. Məqbərənin ətrafında həmçinin əvvəllər qoç heykəlləri də mövcud olmuş və həmin heykəllər də ötən əsrin 70-ci illərində oradan götürülmüşdür. Göründüyü kimi, Qarabağlar İmamzadəsi ötən əsrlər boyu müxtəlif dağıntılara məruz qalsa da, bu gün həmin müqəddəs şəxsiyyətlərin əbədi uyuduğu məkanda məqbərələr öz mövcudluğunu qoruyur. Bu məqbərələrin mövcudluğu isə müqəddəs şəxsiyətlərin burada yaşamasını göstərməklə yanaşı, onların dinitarixi abidə kimi gələcək nəsillərə ötürülməsini də təmin etmişdir.

 

Anar QASIMOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930