SON DƏQQƏ

naxcivanxeberleri.com

Babək rayonunda üzümçülük təsərrüfatının fəaliyyəti genişləndirilir

Babək rayonunda üzümçülük təsərrüfatının fəaliyyəti genişləndirilir
16-05-2020, 14:37

Qədim diyarda kənd təsərrüfatının bütün sahələri kimi, üzümçülüyün də inkişafı diqqət mərkəzində saxlanılır, görülən tədbirlər nəticəsində hər il bağlardan tonlarla məhsul tədarük olunur. 2015-ci ildə Babək rayonunun Nehrəm kəndində yaradılan və 250 hektar sahəni əhatə edən “Sumqala” üzümçülük təsərrüfatı da daxili bazarın tələbatını ödəyən və ixrac imkanlarına malik olan təsərrüfat sahələrindəndir. Ötən il təsərrüfatın 80 hektarlıq üzümlükdən min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiya və Ukrayna bazarlarına da ixrac olunub. Cari ildə təsərrüfat daha da genişləndirilib. Burada 14 xarici və 10-a yaxın yerli üzüm sortu yetişdirilir. Xaricdən “Sultanina”, “Viktoria”, “Kardinal” və digər üzüm sortları calaq edilmiş formada gətirilib. Hazırda üzümlükdə becərmə, yaşıl budama və aqrotexniki qulluq işləri aparılır, “mildiu” və “oidium” xəstəliklərinin qarşısını almaq məqsədilə üzüm tənəklərinə xüsusi texnikalarla “Kumulus” dərmanı səpilir. Bağların suvarılması üçün Əlincəçaydan kaptaj üsulu ilə su xətti çəkilib, həmçinin Bənəniyar Su Anbarının imkanlarından da istifadə olunur. Səmərəliliyi artırmaq üçün suvarmada damcı üsuluna üstünlük verilir. Qeyd edək ki, bağdakı işlərin optimal müddətdə başa çatdırılması üçün 200-dən artıq işçi çalışır. Beş ildir ki, yaradılan təsərrüfatda üzümçülüklə yanaşı, alma və qarışıq meyvə bağları da vardır. Meyvə bağlarında aqrotexniki qulluq işləri artıq başa çatıb. Gələcəkdə meyvə və üzüm sirkələri, müxtəlif mürəbbə, üzüm bəkməzi, alma və ərik cemləri istehsalı sahələrinin də yaradılması nəzərdə tutulub.

 

“Şərqin səhəri” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930