SON DƏQQƏ

naxcivanxeberleri.com

DSX generalı barədə həbs qətimkan tədbiri seçildi

DSX generalı barədə həbs qətimkan tədbiri seçildi
16-05-2020, 11:05

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, məhkəmənin qərarı istintaq orqanının təqdimatı təmin edilib və təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930