SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuzda yeni yaşayış binasında tikinti işləri davam edir

Şahbuzda yeni yaşayış binasında tikinti işləri davam edir
16-05-2020, 09:34

Şahbuz şəhərində 40 mənzilli yaşayış binasının tikintisi davam edir. Bu layihələr muxtar respublikada əhalinin, xüsusilə də gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial tədbirlərin məntiqi davamıdır. 6 mərtəbədən, 40 mənzildən ibarət olan binada tikinti işləri davam etdirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, binada bütün mənzillər təmir olunaraq müasir kommunal-məişət şəraiti yaradılacaq. Mənzillərdən 20-si ikiotaqlı, 20-si isə üçotaqlıdır. İkiotaqlı mənzillərin ümumi sahəsi 63 və 70 kvadratmetr, üçotaqlı mənzillərin ümumi sahəsi isə 83 və 90 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar fəaliyyət göstərəcək. Yaşayış binasında işlər başa çatdıqdan sonra binada gənc ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi ola biləcəklər. Qeyd edək ki, bu il həm də Şahbuz rayonunun yaradılmasının 90 illiyi tamam olur. Yeni yaşayış binası 90 illiyə daha bir töhfədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930