SON DƏQQƏ

naxcivanxeberleri.com

AzMİU-nun tələbə qəbulu planı təsdiq olunub

AzMİU-nun tələbə qəbulu planı təsdiq olunub
15-05-2020, 23:23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib.

AzMİU-dan NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, yeni qəbul planına əsasən, bu il universitetin bakalavr pilləsinə 31 ixtisas üzrə ümumilikdə 1950 plan yeri ayrılıb. Onlardan 1575 yer Azərbaycan bölməsi, 220 yer rus bölməsi, 155 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. Azərbaycan bölməsində bəzi ixtisaslar üzrə 60 yer qiyabi təhsil almaq istəyənlər üçün ayrılıb.

Növbəti tədris ili üçün daha bir yeniliklər də öz əksini tapıb. Belə ki, bakalavr pilləsi üzrə qəbul planında yeni ixtisaslar – lojistika və sənaye mühəndisliyi xtisasları yer alıb.

Ötən il olduğu kimi, yeni tədris ilində İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramı, Kommunikasiya sistemləri mühəndisliyi ixtisaslarında isə bakalavr hazırlığı Fransanın İncəsənət və sənətşünaslıq Milli Konservatoriyası (CNAM) ilə ikili diplom proqramı üzrə dövlət sifarişi əsasında aparılacaq.

Təsdiqlənmiş qəbul planına uyğun olaraq, BMU-nun magistr pilləsində 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılıb. Onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer ingilis bölməsinin payına düşür.

Bakalavr pilləsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930