SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı şagirdlərin layihəsi beynəlxalq diploma layiq görülüb

Naxçıvanlı şagirdlərin layihəsi beynəlxalq diploma layiq görülüb
15-05-2020, 17:30

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən baş tutan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bu qurumun elmi əməkdaşlarının rəhbərliyi altında həyata keçirilən mövzular arasında dilçilik sahəsi də uğurla təmsil olunur.

 

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,belə ki, layihə iştirakçılarından Əkbər Ağayev adına Naxçıvan şəhər 8 №li tam orta məktəbin VIIIa sinif şagirdləri, Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi bu günlərdə Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb.

Layihənin rəhbəri bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə Rusiya Təbiətşünaslıq Akademiyasının Beynəlxalq Tədqiqatçı, Müəllim və Mütəxəssislər Assosiasiyası tərəfindən pedaqoji sahədə innovativ tədqiqatların aparılmasındakı uğurlu fəaliyyətinə görə “Şəhadətnamə” ilə təltif edilib.

Qeyd edək ki, “Şəhadətnamə”ni Rusiya Təbiətşünaslıq Akademiyasının prezidenti M.Y.Ledvanov imzalayıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930