SON DƏQQƏ

naxcivanxeberleri.com

Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib

Tələbə Elmi Cəmiyyətinin onlayn konfransı keçirilib
15-05-2020, 10:00

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019-2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilib. 

 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fakültənin professor-müəllim heyəti və TEC işlərini yerinə yetirən tələbələrin qoşulduğu konfransı giriş sözü ilə fakültə dekanı Arif Ağalarov açıb. O, TEC işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib.

Çıxışda ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolu, gələcəkdə TEC işlərinin yeni innovasiyalara yönəldilməsinin vacibliyi xüsusi qeyd edilib. 
Plenar iclasda üç tələbənin məruzəsi dinlənilib, sonra konfrans altı bölmə üzrə öz işini davam etdirib. Bölmələr üzrə, ümumilikdə, 53 tələbənin məruzəsi dinlənilib, elmi və tədqiqatçılıq baxımından fərqlənən məruzələr institut turuna göndərilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930