SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

Şahbuz rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO
14-05-2020, 16:56

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda yaşayan 3 aztəminatlı, sağlamlıq imkanları məhdud  ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Bildirilir ki, 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilmişdir.

Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər

Qeyd edək ki, ailələrlə keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.

 

Şahbuz rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO
Şahbuz rayonunda xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930