SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib
14-05-2020, 16:10

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkə Prezidenti İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. Qeyd olunub ki, bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Əbdürrəhim bəy Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. O, yaradıcılıq dövründə pyes, hekayə, məqalə və xatirə yazıb, rus və dünya ədəbiyyatından tərcümələr edib, eyni zamanda səhnəmiz üçün dram əsərləri yazıb.

İsmayıl Hacıyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun yaradıcılığına verilən dəyərdi.

Onlayn konfransda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, ədibin zəngin yaradıcılıq fəaliyyəti bundan sonra da öyrəniləcək.

Daha sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu”, istitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Bədii nəsrimizin tarixində Əbdürrəhim bəy Haqverdiyevin mövqeyi”, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Naxçıvan səhnəsində” və Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Əbdürrəhim bəy Haqverdiyev əsərlərinin bədii dil və üslub xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930