SON DƏQQƏ

naxcivanxeberleri.com

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək
13-05-2020, 17:47

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir:

“Evə gedirəm” portalı çərçivəsində təkcə Rusiyadan 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. MDB və Avropa İttifaqı ölkələri, habelə Avropadan Azərbaycana çarter reysi həyata keçiriləcək".

H.Hacıyev bildirib ki, ümumilikdə indiyə qədər 20 minə yaxın xaricdə olan vətəndaş ölkəyə gətirilib: "5 mayda İrandan 94, 7 mayda İstanbuldan 212, 8 mayda Daşkənddən 50, Riqadan 52, 12 mayda Minskdən 124 Azərbaycan vətəndaşı ölkəyə gətirilib".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930