SON DƏQQƏ

naxcivanxeberleri.com

120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olundu

120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olundu
13-05-2020, 15:36

Müxtəlif ölkələrdə yaşayan, işləyən, pandemiyaya görə vətənə geri dönə bilməyən və Belarusun paytaxtı Minskdə toplaşan azərbaycanlılar çarter reysi ilə Azərbaycana təxliyə ediliblər.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, bunu  açıqlamasında ölkəyə geri dönən həmvətənlərimizdən biri olan Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, Minskdən çarter reysi ilə təqribən 120 nəfər Azərbaycana qayıda bilib. “Onlar əsasən Norveç, İsveç, Yaponiya, Ukrayna və Belarusda yaşayan, işləyən Azərbaycan vətəndaşlarıdır. Mən özüm Minskə Ukraynadan gəlmişdim. Azərbaycana qayıtmaq üçün bu ölkədən Belarusa gələn azərbaycanlıların sayı ümumilikdə 10 nəfər idi".

N.Məmmədov Azərbaycan vətəndaşlarını təxliyə etmək üçün Minskdən Bakıya xüsusi çarter reysinin təşkil olunduğunu söyləyib: “Belarusda toplaşan həmvətənlərimizin ölkəyə qayıtmasına köməklik göstərilməsi üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə məktubla müraciət etmişdik. Məktubumuza müsbət cavab verildi və Azərbaycan gəlişimiz üçün çarter reysi təşkil edildi. Bu, birdəfəlik çarter reysi idi. Vətənə qayıtmağımıza dəstək göstərdiklərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, Belarusda sərt karantin rejimi tətbiq edilməsə də, yerli diaspor təşkilatı onlar üçün bu şəraiti təmin edib.

“Diasporla İş üzrə Dövlət Komitəsi bizi hər cür şəraitlə təmin etmişdi, bütün ehtiyaclarımız ödənilirdi. Hər birimiz ayrıca otaqlarda qalırdıq, gündə 3 dəfə yemək verilirdi. Hazırda isə Azərbaycandayıq. Bakıda Olimpiya kəndində karantində qalırıq”, - N.Məmmədov vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930