SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO

Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO
13-05-2020, 11:00

Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Aqrolizinq”Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında “Gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə.Təlimin keçirilməsində məqsəd gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərəçəkmişlərin xilas edilməsini şəxsi heyətlə prkktiki məşq etdirməkdən ibarət olub.

Təlim planına uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.

Təlimə Şahbuz Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO

Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO
Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO
Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO
Şahbuz rayonunda taktiki-xüsusi təlim keçirilib-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930