SON DƏQQƏ

naxcivanxeberleri.com

Beyin üçün ən faydalı ədviyyat

Beyin üçün ən faydalı ədviyyat
13-05-2020, 06:49

Vətəni Aralıq dənizinin sahilləri olan bibəriyə bütün dünyada tanınır və yeməklərə dad və ətir vermək üçün istifadə olunur.

Bundan əlavə bu ətirli ot əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, müasir araşdırmalar bibəriyənin güclü xərçəng əleyhinə təsiri aşkar edib. Eksperimentlər göstərib ki, bibəriyənin tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Bundan əlavə elmdə bibəriyənin beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beyinin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta bibəriyənin ətri beyinin fəaliyyətinə müsbət təsir edir.

Alimlər beyinin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər.

Həmçinin bibəriyə immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930