SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bölgələrdə qarın hündürlüyü 18sm olub- FAKTİKİ HAVA

Bölgələrdə qarın hündürlüyü 18sm olub- FAKTİKİ HAVA
16-02-2019, 15:46

Fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, sinoptiklər tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, fevralın 15-dən 16-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerikdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qırızda 3 sm, Kişçay, Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031