SON DƏQQƏ

naxcivanxeberleri.com

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO
11-05-2020, 18:52

 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Komitənin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə 10 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilmişdir. Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir. Bildirilir ki, 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilmişdir. Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. ​Bildirilir ki, belə tədbirlər önümüzdəki günlərdə də muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində keçiriləcəkdir. ​Qeyd edək ki, ailələrlə keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.

 

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTOXüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930