SON DƏQQƏ

naxcivanxeberleri.com

Beynəlxalq Konqresdə Gəmiqaya ilə bağlı çıxış maraqla qarşılanıb

Beynəlxalq Konqresdə Gəmiqaya ilə bağlı çıxış maraqla qarşılanıb
11-05-2020, 16:11

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Ukraynanın Kiyev şəhərində keçirilən Beşinci Taras Şevçenko Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Türkiyə, Gürcüstan, İtaliya, Fransa və digər ölkələrin alim və mütəxəssislərinin zoom proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Toğrul Xəlilov “Gəmiqaya rəsimlərinin yayılma arealı və semantikası” mövzusunda məruzə ilə çıxış edib.

Gəmiqayanın tarixindən və orada aparılan tədqiqat işlərindən danışan məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətinin birinci dövründən Gəmiqayada tədqiqatlar aparıldığını söyləyib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamından bəhs edərək qədim abidənin öyrənilməsi və təbliğindəki əhəmiyyətini vurğulayıb. Həmin sənəddən sonra yerli və əcnəbi alimlərin iştirakı ilə Gəmiqayada təşkil olunan ekspedisiyalarda əldə edilən maraqlı nəticələri diqqətə çatdırıb.

Toğrul Xəlilov iştirkaçıların çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq Konqresdə Gəmiqaya ilə bağlı çıxış maraqla qarşılanıb
Beynəlxalq Konqresdə Gəmiqaya ilə bağlı çıxış maraqla qarşılanıb

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930