SON DƏQQƏ

naxcivanxeberleri.com

Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub

Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub
11-05-2020, 10:09

May ayının 10-da Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub. Ekskursiyanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev aparıb.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, o, əvvəlcə ümummilli liderin misilsiz dövlət idarəçiliyindən bəhs edərək vurğulayıb ki, Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndərin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu ­öndərin idarəçilik bacarığının bariz göstəricisidir.

Sonra Heydər Əliyev Muzeyinin yaradılması barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ümummilli liderin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

Onlayn ekskursiya zamanı bildirilib ki, fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 4700-dən çox eksponat mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları buradan elmi axtarışlar üçün dəyərli faktlar əldə edirlər. Ekskursiya zamanı ekspozisiyada nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında da canlı yayımlanıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930