SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur
10-05-2020, 13:11

Aqillərimiz deyib ki, “Su həyat mənbəyidir”. Normal halda insan orqanizmində suyun payı 70 faizdən çoxdur. Elə buna görədə suyun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar. Həkimlər hər zaman bildirirlər ki, orqanizmin hüceyrələrinə qida maddələri - vitaminlər, mineral duzlar su vasitəsilə verilir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir və Allahın insanlara verdiyi ən qiymətli nemətdir. Naxçıvan Muxtar Respublikasında insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər arasında əhalinin keyfiyyətli içməli su ilə daimi təmin olunması diqqət mərkəzində olan məsələlərdəndir. Artıq bir neçə ildir ki, Naxçıvan şəhərində və muxtar respublikamızın əksər iri yaşayış məntəqələrində istifadəyə verilmiş fasiləsiz, keyfiyyətli içməli su, bu mənada, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş mühüm işlərin tərkib hissəsidir. Sudan söhbət düşəndə, heç şübhəsiz, hər bir naxçıvanlı ailəsinin 20 il əvvəl su sarıdan çəkdiyi əziyyətlər yada düşür. Ötən tarixə nəzər salaq. Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində qurulmuşdu. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar olunan sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər 2020-ci ildə də davam etdirilir. Mart ayından başlayaraq Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsi həyata keçirilir.Qeyd edək ki, bir neçə ildir həyata keçirilən layihə çərçivəsində bu günə qədər dərinliyi 80 metr olan 15 subartezian quyusu qazılıb. Aprelin 23 də yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxan Naxçıvan Muxtar Respulikası Ali Məclisinin sədri tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verib. Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Sakinlər su-kanalizasiya sistemlərinin qurulması və onların rahat yaşayışının təmin olunması istiqamətində görülən işləri böyük razılıqla qarşılayırlar. Bəli, muxtar respublikamızda bu sahədə görülən işlər mühüm əhəmiyyətə malikdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 50 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur və bu sahədə görülən işlər davam etdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri, ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaqdır Rayon sakini Həsən Rzayevlə söhbətimiz zamanı bildirdi ki, Sədərəkdə tarixən, dədə-babalarımızın vaxtından su problemi olub. Mart ayından başlayaraq su və kanalizasiya sisteminin çəkilişi gedir. Biz bir sədərəkli kimi sevinirik ki, bizim də evimizdə su olacaq, çətinlik çəkməyəcəyik. Ümid edirik ki, qısa zaman müddətində Sədərək rayonunda su və kanalizasiya sistemi tam çəkiləcək və Sədərək əhalisi də digər rayonlar kimi su təchizatı ilə tam təmin olunacaqdır. Sonda müsahibimiz görülən bu işlər üçün rayon sakinləri adından muxtar respublika rəhbərliyinə minnətdarlıq edib.

 

Elnarə HEYDƏROVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930