SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
9-05-2020, 18:49

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr quruculuq və inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələridir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı açıqlamada yer alıb.

Açıqlamada deyilir: “Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev sosial sahənin inkişafını təmin edib. Qeyd edilən dövrdə Azərbaycanda böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisə yaradılıb. Məşğul əhalinin sayı, əməkhaqları dəfələrlə artırılıb, əhalinin rifah səviyyəsi yüksəldilib. Həmin dövrdə respublikamızda yaradılan güclü iqtisadi və sosial infrastruktur, yüksəkixtisaslı mütəxəssislər ordusu Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırıb.

1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanı məhvə aparan təhlükəli proseslərin qarşısını aldı.

Müstəqil Azərbaycan dövlətinin qurulmasını və ildən-ilə inkişaf etdirilməsini yüksək səviyyədə təmin edən ümummilli lider Heydər Əliyev büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda belə əhalinin sosial müdafiəsinin gücləndirilməsini dövlətin qarşısında əsas vəzifələrdən biri kimi müəyyən etdi və Azərbaycanda vətəndaş rifahının təminatına xidmət edən sosial dövlət modelinin əsaslarını formalaşdırdı.

“Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır”, - deyə bəyan edən ulu öndər Heydər Əliyev planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid, sərbəst qiymətlərin tətbiqi şəraitində əhalinin sosial rifahının qorunması üçün mühüm addımların atılmasını təmin etdi. İşləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi, əməkhaqlarının, müavinət və pensiyaların artırılması, aztəminatlı əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü tədbirlər görüldü. Ulu Öndərimizin uğurlu neft strategiyasının mühüm nailiyyəti olaraq 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” respublikada iqtisadi inkişafa ciddi təkan verməklə, sosial rifahın yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərarların nəticəsi olaraq sosial müdafiə sisteminin mütəmadi güclənməsi, həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, əlilliyi olan şəxslərin, Milli qəhrəmanların, onlardan həlak olanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının və başqalarının dövlətin qayğısı ilə əhatə olunması istiqamətində önəmli addımlar atıldı.

“Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, - deyən Ulu Öndərin tapşırıqları ilə sosial müdafiə tədbirlərinin, sosial ödənişlərin əhatə dairəsi getdikcə artırıldı, sosial təminat və reabilitasiya məqsədli bir çox yeni proqramlara başlandı. O cümlədən şəhid ailələri və müharibə əlillərinin mənzillərlə, müharibə əlillərinin avtomobillərlə təminatı, reabilitasiya infrasrukturunun təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi, yeni bərpa mərkəzlərinin yaradılması, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili və s. işlərə başlandı.

Azərbaycanda sosial dövlətin möhkəm təməlini formalaşdıran Ulu Öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın tərəqqisində, eyni zamanda, rifah halının yaxşılaşdırılmasında, yoxsulluğun azaldılmasında mühüm uğurlara nail olmağa imkan verdi.

1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilməklə, dövlətin güclü sosial siyasəti formalaşdırıldı. Pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılması, MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların qəbulu təmin edildi. Əlilliyin qarşısının alınması və reabilitasiya üzrə ilk dövlət proqramı qəbul olundu, pensiya təminatı sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi üçün islahatlara başlandı.

Dövlət müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən ötən dövrdə bütün sahələrdə əldə olunan nailiyyətlərlə daha da möhkəmləndi. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti, mükəmməl islahatlar proqramı nəticəsində bu gün Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, uğurlu xarici siyasət nəticəsində güclü beynəlxalq mövqeyə, güclü sosial siyasətə malik olan bir ölkədir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930