SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlərimizdən yeni tədqiqat: yarımadada banan, manqo yetişdirdilər

Alimlərimizdən yeni tədqiqat: yarımadada banan, manqo yetişdirdilər
16-02-2019, 11:50

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova Trend-ə bildirib ki, tədqiqatlar institutun ərazisində, qapalı şəraitdə aparılıb.

Onun sözlərinə görə, tədqiqatlar zamanı alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.), Hindistan manqosu (Mangifera indica L.), Amerika avokadosu (Persea americana Mill.) növləri Abşeron şəraitində çoxaldılıb: "Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olar".

Z.Məmmədova qeyd edib ki, tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir: "Bu isə o deməkdir ki, həmin bitkilər də məhsul verəcəklər".

Bananın hazırda Azərbaycanın cənub bölgəsində becərildiyini deyən alimin sözlərinə görə, Havana papayası, Hindistan manqosu və Amerika avokadosu ölkədə ilk dəfə Dendrologiya İnstututu tərəfindən yetişdirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30