SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti beynəlxalq əhəmiyyətli onlayn konfransda iştirak edib-FOTO

Naxçıvan Dövlət Universiteti beynəlxalq əhəmiyyətli onlayn konfransda iştirak edib-FOTO
8-05-2020, 18:45

Naxçıvan Dövlət Universiteti onlayn təlim və tədris üsullarına dair beynəlxalq əhəmiyyətli onlayn konfransda təmsil olunub. Ali təhsil ocağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi “İngilis dili və Tərcümə” kafedrasının müəllimi Aidə Cəlilzadə təmsil edib.

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Xəzər Universitetinin təşkil etdiyi konfransda İngiltərə, Finlandiya, İspaniya, Macarıstan, Qazaxıstan, Özbəkistan və  Azərbaycanın bir sıra universitetlərindən olan professorlar müəllim heyəti də iştirak edib.  Konfransda “COVİD-19” virus  infeksiyası ilə əlaqədar olaraq dünyanın əksər ölkələrində yaranmış təlim-tədris problemləri, onlayn təhsilə keçid, mövcud durumla bağlı hər bir ölkənin qəbul etdiyi təhsil platformaları müzakirə edilib.

Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə qeyd edib ki, ali təhsil ocağında elektron dərslər artıq müəyyən bir ardıcılıq və sistem üzrə həyata keçirilir. Məsafədən təhsilin onlayn forması ilə bərabər offlayn formasının mövcudluğundan danışılıb. KOİCA şirkəti tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, bu sistem vasitəsilə tələbələrə mühazirələr, video dərslər, sərbəst iş mövzuları çatdırılıb. Diqqətə çatdırılıb ki, sistemdə həmçinin tələbələrin öyrənməsinə nəzarət və onları qiymətləndirmək üçün  test və  ya açıq tipli sualların verilməsi də həyata keçirilir.  

Tərəflər tələbələrin onlayn tədrisə cəlb olunması istiqamətində aparılan işlərdən danışıblar. İngilis dilində edilən təqdimatlar Xəzər Universitetinin rəsmi Facebook səhifəsindən canlı yayımlanıb. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan görüşdə suallar cavablandırılıb. Konfrans 3 plenar iclasda öz işini davam etdirib.

Naxçıvan Dövlət Universiteti beynəlxalq əhəmiyyətli onlayn konfransda iştirak edib-FOTONaxçıvan Dövlət Universiteti beynəlxalq əhəmiyyətli onlayn konfransda iştirak edib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930