SON DƏQQƏ

naxcivanxeberleri.com

Zaur Hüseynov: "Bütün metro stansiyaları dezinfeksiya olunub"

Zaur Hüseynov: "Bütün metro stansiyaları dezinfeksiya olunub"
8-05-2020, 17:19

"Məhz ölkə prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycanda koronavirusla bağlı digər ölkələrdən daha yaxşı vəziyyət olduğunu görürük".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov bildirib. 

Onun sözlərinə görə, bütün metro stansiyaları dezinfeksiya olunub: "Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır. Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə ki, iş günlərində 800 min, qeyri-iş günlərində 600 min, şənbə-bazar günlərində isə 450 min sərnişin daşınır, yəni, gün ərzində orta hesabla 650 min sərnişin. Bu ilin ilk ayında 39 milyon sərnişin danışıb".

Bundan başqa, o, əlavə edib ki, iş günlərində qatarlar ən mükəmməl qrafiklə hərəkət edəcək. 

"Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq. Bütün bunlar metropoliten işçilərinin və sərnişimlərin məsuliyyətli olması üçündür", - deyə Z.Hüseynov qeyd edib. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930