SON DƏQQƏ

naxcivanxeberleri.com

Şərur şəhərində Sutəmizləyici Qurğular Kompleksi inşa olunur

Şərur şəhərində Sutəmizləyici Qurğular Kompleksi inşa olunur
8-05-2020, 15:33

Muxtar respublikanın rayon və şəhər mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar işlərin davamı olaraq Şərur şəhərində Sutəmizləyici Qurğular Kompleksi inşa olunur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi saniyədə 236 litr su təmizləmə gücünə malikdir. Qurğuda hər birinin su təmizləmə gücü saniyədə 47,2 litr olan 5 dəst avadanlıq quraşdırılır. Gələcəkdə tələbatın artması nəzərə alınaraq qurğuda əlavə olaraq iki dəst avadanlıq quraşdırmaq üçün ehtiyat yer nəzərdə tutulub.

 Layihəyə əsasən Sutəmizləyici Qurğular Kompleksinə su Arpaçay su bölücüsündə tikilən qalereyadan daxil olacaq. Kompleksdə tutumu 400 kubmetr olan iki ədəd su anbarı tikilib.

Sutəmizləyici qurğu Şərur rayonunda 100 mindən çox insanın su ilə təmin edəcək.

Qeyd edək ki, hazırda Naxçıvan şəhərində, Culfa, Ordubad və Şahbuz rayonlarında müasir sutəmizləyici qurğular mövcuddur. Üçqat təmizlənmənin aparıldığı həmin komplekslərdə Hollandiya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Nanofiltr sistemli membranlar vasitəsilə xətlərə verilən suyun tərkibi təbii bulaq suyu qədər təmizlənir. Bundan sonra su yaxınlıqdakı su anbarlarına, burdan isə əhalinin istifadəsinə verilir. Görülən işlərin nəticəsi kimi, Naxçıvan şəhərində, Culfa, Ordubad və Şahbuz rayonlarında və ətraf kəndlərdə yaşayan əhali təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə 24 saat təmin olunur.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930