SON DƏQQƏ

naxcivanxeberleri.com

II Dünya müharibəsi iştirakçılarının xatirələri əbədiləşdirilir

II Dünya müharibəsi iştirakçılarının xatirələri əbədiləşdirilir
8-05-2020, 13:00

1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında “Yaddaş yolu” layihəsi üzrə yeni elektron portal yaradılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir.

Hər ailənin, hər nəslin həmin müharibədə iştirak etmiş qəhrəmanı var.

Ona görə də Böyük Vətən müharibəsi iştirakçısı olan ailə üzvlərinizə, qohumlarınıza, tanışlarınıza aid məlumatları foto.pamyat-naroda.ru və ya mil.ru saytlarına daxil etməklə, adlarının əbədiləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sayta müharibə iştirakçısının soyadını, adını, atasının adını, doğum tarixini və doğulduğu yeri, müharibədən əvvəlki, müharibə və müharibədən sonrakı dövrdəki fotoşəkillərini və s. daxil edə bilərsiniz.

Bu məlumatlar Moskvada yerləşən “Patriot Parkı”nın “Yaddaş yolu” qalereyasında milyonlarla müharibə iştirakçıları sırasında əbədiləşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930