SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub
8-05-2020, 11:41

 Bu gün Naxçıvan şəhərində GəmiqayaHoldinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan “Dekoria” alış-veriş mərkəzininin açılış olub.

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, açılışda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi iştirak edib.

   Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirmişdir ki, muхtаr rеspublikаda özəl bölmənin inkişafına dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Hər il yеni iş yеrləri аçılır, əhаlinin mаddi-rifаh hаlı yüksəlir. Sosial-iqtisadi və eləcə də digər sahələrdə müşayiət olunan dinamika muxtar respublikanın inkişafının davamlılığının daha bir təsdiqidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, eləcə də özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində geniş sahibkarlar sinfi formalaşmış və bu təbəqə sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir.Sürətli inkişaf bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, iqtisadiyyatda əldə olunmuş uğurlarda ticarət sektorunun da inkişafı və genişlənməsi vacib rol oynayır.  Bu gün açılışı olan“Gəmiqaya Holdinq” Şir­kət­lər İt­ti­f­aqı tərəfindən yaradılan “Dekoria” alış-veriş mərkəzi bu istiqamətdə həyata keçirilən dövlət si­yasətinin davamlı xa­rakter daşıdığının da­ha bir nümunəsidir.

Mərkəzin yaradılmasına 1 mil­yon 600 min manat vəsait sərf olunmuşdur. Ərazisi 1800 kvadrat metrdən 4.000 kvadrat metrə çatdırılan mər­kəzdə muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən bütün növ məişət əşyalarının,elektrik materiallarının və avadanlıqlarının, mebel məmulatlarının, avtomobil aksesuarlarının satışı bölmələri, anbar və diğər xidmət sahələri ya­ra­dılmışdır.

Mərkəzin 3000 kvadrat metri satış bölməsinin, 1000 kvadrat metri anbar və ofis bölmələrinin payına düşür.

Burada yerli məhsullarla yanaşı bir sıra xarici ölkələrin istehsalı olan8500 çeşiddən çox məhsulun satışı həyata keçiriləcəkdir.

Alış-veriş mərkəzində alıcıların rahatlığını təmin etmək üçün nağd, Post-Terminal vasitəsilə satışın həyata keçirilməsi mümkündür. Mərkəzdə geniş avto dayanacaq yerləri yaradılmış, həyatyanı sahəsində abadlaşdırma işləri aparılıb, yaşıllıq sahəsi salınmış,istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılmışdır.

Mərkəzdə yenidənqurma aparıldıqdan sonra 22 yеni iş yеri açılmaqla ümumilikdə işçilərin sayı 50-yə çatdırılıb.İşçilər yеmək və хüsusi gеyim fоrmаsı ilə tə­min оlunurlаr.

Bu cür ticarət mərkəzlərinin yaradılması, məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin bol çeşiddə, daha ucuz və keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır. Bununla yanaşı, bu cür müasir ticarət mərkəzinin istifadəyə verilməsi şəhərin iqtisadi inkişafına xidmət edir.

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirimuхtаr rеspublikаmızın sоsiаl-iq­ti­sа­di tərəqqisinə, sаhibkаrlıq fəа­liy­yə­ti­nin inkişаfınа, istеhlаkçılаrın tələbаtının dа­hа dоlğun ödənilməsinə, əhаlinin ri­fа­hı­nın yüksəldilməsinə göstərdiyi diqqət və qаyğıyа görə ticarət mərkəzinin kollektivi və öz adından Ali Məclisin Sədrinə dərin minnətdаrlığını bildirmişdir.

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub
Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub

Naxçıvanda “Dekoria” alış-veriş mərkəzinin açılışı olub

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930