SON DƏQQƏ

naxcivanxeberleri.com

Cüdoçularımızdan Ramazan təbriki

Cüdoçularımızdan Ramazan təbriki
7-05-2020, 23:19

Azərbaycan cüdosunun tanınmış simaları müsəlmanların mübarək Ramazan ayı münasibətilə fikirlərini səsləndiriblər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti tərəfindən hazırlanan videoçarxda olimpiya çempionları, dünya və Avropa çempionları, mötəbər yarışların qalibləri yer alıblar.

Bu cüdoçular arasında olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, dünya çempionu, millinin məşqçisi Elxan Məmmədov, Rio Olimpiadasının gümüş medalçıları - Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Hidayət Heydərov, dünya və Avropa birinciliklərinin mükafatçıları - Nicat Şıxəlizadə, Orxan Səfərov, Məmmədəli Mehdiyev, milli komandanın üzvləri - Kəramət Hüseynov, Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva, Aytac Qardaşxanlı, Səbinə Əliyeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov və Paralimpiya Yay Oyunlarının ikiqat qalibi İlham Zəkiyev bir-birlərinin ardınca təbrik mesajları yayımlayıblar. Cüdoçularımız Azərbaycan xalqına sağlıq, hüzur və xoşbəxtlik içərisində bir Ramazan ayı keçirmələrini diləyiblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930