SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO

Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
7-05-2020, 19:07

Bu ilin ötən dövründə də mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində muxtar respublikada qaynaq çubuğu, plastik səbət, istixana kompleksi və heyvandarlıq təsərrüfatları üzrə 48 istehsal müəssisəsi fəaliyyət başlayıb, 153 yeni iş yeri açılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müxtəlif istehsal və xidmət sahələri üzrə 51 müəssisənin yaradılması davam etdirilir. Eyni zamanda, dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına 596 yeni iş yerinin açılması üzrə işlər davam etdirilir.

Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövründə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 52 layihənin maliyyələşməsinə güzəştli şərtlərlə 3 milyon 790 min manatdan çox kreditlər ayrılıb. Bu kreditlərin 3 milyon 236 min manatı sənayenin, 555 min manatdan çoxu kənd təsərrüfatının inkişafına yönəldilib.

Qeyd edək ki, müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsində hazırda muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən qurulmuş istehsal müəssisələrində 126 növdə 605 çeşiddə ərzaq, 257 növdə 918 çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə, 383 növdə 1523 çeşiddə məhsul istehsal olunur. 108 növdə ərzaq 242 növdə qeydi-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO

Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO
Bu ilin ötən dövründə Naxçıvanda 48 istehsal sahəsi yaradılıb, 153 iş yeri açılıb-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930