SON DƏQQƏ

naxcivanxeberleri.com

DİM sədri: "İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək"

DİM sədri: "İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək"
7-05-2020, 18:33

"Bizim çox gərgin iş qrafikimiz olacaq. Çünki iyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, hər bir imtahanda iştirak edəcək şəxslərə eyni şərait yaratmaq əsas hədəfdir: "Nəzarətçi müəllimlər əsasən regionlardan cəlb olunacaq və bu il onların sayı əvvəlki illə müqayisədə artacaq".

O qeyd edib ki, bu günə qədər gündəlik 40 min insanın iştirakı ilə imtahan keçirilib: "Amma bu dəfə 80 min insan olacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri yaradılacaq. Təhsil sisteminin işçiləri də bizə dəstək olacaq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930