SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada may ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin olunub

Muxtar respublikada may ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin olunub
7-05-2020, 16:00

Muxtar respublikada qəbul olunmuş dövlət proqramlarının müvəffəqiyyətli icrası, azad sahibkarlıq fəaliyyəti üçün yaradılmış müsbət şərait iqtisadi fəaliyyətin bütün sahələrində davamlı və tarazlı inkişafı təmin etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iqtisadi sahədə əldə olunmuş nailiyyətlər sosial müdafiə  tədbirlərin də əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərmişdir. Bütün bunların nəticəsidir ki, COVID-19 virusu ilə əlaqədar pandemiya elan olunmasına, karantin tədbirlərinin həyata keçirilməsinə baxmayaraq əhalinin həssas qrupu sayılan pensiyaçılara ödənişlərin maliyyələşməsində çətinlik qeydə alınmamışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bununla bağlı, qarşıya qoyulan öhdəliklərin yüksək səviyyədə icrası üçün müvafiq işlər görmüşdür. Belə ki, Fond hər ay olduğu kimi may ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüşdür. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Muxtar respublikada pensiyaların mütərəqqi üsullarla ödənilməsi sahəsində böyük addımlar atılmışdır. Belə ki, hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunmuşdur.

Fond qarşıya qoyulmuş vəzifələrin layiqincə icra olunması, mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada vətəndaşlara pensiya və müavinətlərin qüvvədə olan qanunların və təlimatların tələblərinə uyğun təyinatı, həmçinin əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə ödəmələrin həm plastik bankomat kartları, həm də poçt şöbələri vasitəsilə hər ay vaxtından əvvəl ödənilməsi üçün bundan sonra da bütün səylərini səfərbər edəcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930