SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusun daha çox hansı bölgələrdə yayıldığı açıqlandı

Azərbaycanda koronavirusun daha çox hansı bölgələrdə yayıldığı açıqlandı
6-05-2020, 17:30

"Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranırdı".

Z.Əliyev vurğulayıb ki, 27 aprel-3 may tarixləri arasında ölkədə 287 yoluxma, 302 sağalan oluv, 4 nəfər ölüb: "Yoluxanlar əsasən 50-59 yaş arası olanlardır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930