SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirus testi neqativ çıxan şəxslərə SMS göndəriləcək

Azərbaycanda koronavirus testi neqativ çıxan şəxslərə SMS göndəriləcək
6-05-2020, 10:19

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Agentlikdən  verilən məlumata görə, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə edilməsi üçün proqram təminatı ilə təchiz olunublar.

Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün analiz nümunələrinin qəbulunu həyata keçirən nümunə qəbulu məntəqələrinə pandemiya ilə mübarizəyə ayrılmış xüsusi rejimli tibb müəssisələri və təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.

Məqsəd koronavirusla bağlı aparılan testlərin nəticələrinin avtomatik olaraq vahid məlumat bazasına işlənilməsini təmin etmək, nəticələr barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı, eləcə də digər aidiyyəti dövlət qurumlarını elektron şəkildə məlumatlandırmaqdır.

Həmçinin Agentlik test nəticəsi neqativ olan şəxslərə SMS ismarıcın göndərilməsini təmin edib. Belə ki, testin nəticəsi neqativ olan şəxslər bu barədə məlumatı Agentlik tərəfindən göndərilən SMS ismarıc vasitəsilə əldə edəcəklər. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930