SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib-FOTO

Naxçıvanda “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib-FOTO
6-05-2020, 08:40

 Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aleksandr Sergeyeviç Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a rus realist dramaturgiyasının, rus tənqidi realizminin və rus ədəbi-bədii dilinin inkişafına Qriboyedovun yaradıcı­lığı, xüsusən onun “Ağıldan bəla” komediyası çox qüvvətli təsir göstər­mişdir.Naxçıvanda “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib-FOTO Əsər XIX əsrin 20-ci illərində gənc nəslin mövcud ictimai-siyasi quruluşa qarşı müxalifət ru­hunda tərbiyəsində mühüm rol oynayan yüksək sənət nümunəsi olmuşdur. “Ağıldan bəla” hər şeydən əvvəl, fikirlərdə əmələ gələn bu yeniliyin təbiiliyini, qanunauyğunluğunu, həyatiliyini və gec-tez Rusiyada hər hansı bir şəkil­də üsyanın baş verəcəyinin labüdlüyünü təsdiq və sübut üçün diqqəti cəlb etmişdir. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin “sütunları” sayılan dvoryan-saray zadəganlığının mühafizə­karlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi eybəcərlikləri, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı şəkildə ortaya çıxarılmışdır.

Tamaşada rolları Azərbaycan Respublikasının əməkdar artistləri Behruz Haxverdiyev, Nazlı Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova, həmçinin Zakir Fətəliyev, Mirsaleh Seyidov, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Səyyad Məmmədov, Səkinə Məmmədova, Anar Eyvazov, Cəbrayıl Nəbiyev, Nihad Mahmudov, Uğur Nəsirli, Aysu Dünyamalıyeva, Nurgül Məmmədova, Tamara Ələsgərova, Nurlan Sultanlı və Alim Alışov ifa etmişdir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının  Əməkdar artisti Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının  Əməkdar rəssamı Səyyad Bayramov və musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar  artisti Səməd Əsgərovdur.

Naxçıvan teatrının bir ilkə daha imza ataraq onlayn premyerasını keçirdiyi “Ağıldan bəla” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanmışdır. Səhnə əsəri Naxçıvan Dövlət Televiziyası ilə yanaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı nümayiş olunmuşdur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930