SON DƏQQƏ

naxcivanxeberleri.com

“Mən muxtar respublikanın inkişafı və tanıdılması üçün nə etmişəm?” mövzusunda inşa yazı müsabiqəsi elan olunub

“Mən muxtar respublikanın inkişafı və tanıdılması üçün nə etmişəm?” mövzusunda inşa yazı müsabiqəsi elan olunub
5-05-2020, 10:40

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi “Mən muxtar respublikanın inkişafı və tanıdılması üçün nə etmişəm?” mövzusunda inşa yazı müsabiqəsi elan edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqə may-oktyabr aylarını əhatə edəcəkdir. Müsabiqəyə təqdim olunan inşa yazılarda Naxçıvanın sahib olduğu keyfiyyətlər (turizm potensialı, tarixi və müasir tikililəri, zəngin mətbəxi, digər maddi resursları, adət-ənənələri və s.) və sizin Naxçıvanın bu keyfiyyətlərinin inkişafında və tanıdılmasında göstərdiyiniz fəaliyyətiniz əks olunmalıdır.
Qaliblərin müəyyənləşdirilməsi üçün aşağıdakı qaydada yerlər müəyyən edilir:
Bir-I yer
İki-II yer
İki-III yer
Beş həvəsləndirici yer
Qalib gəlmiş inşa yazıların sahibləri keçiriləcək mükafatlandırma mərasimində diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə yaşı 14-dən 29-dək olan hər kəs iştirak edə bilər.
2. Təqdim olunan yazılarda müəllifin adı, soyadı, atasının adı, yaşadığı yer və əlaqə nömrəsi qeyd olunmalıdır.
3. İnşa yazılar Naxçıvan MR Gənclər və İdman Nazirliyinin elektron poçt ünvanına ([email protected]), rəsmi “Facebook” səhifəsinə, Nazirliyin strukturuna daxil olan Gənclər və İdman idarələrinə, həmçinin Nazirliyin Aparatına elektron daşıyıcılar və ya əlyazma formasında təqdim edilə bilər.
4. İnşa yazılar qənaətbəxş hesab edildikdə müəllifin adı qeyd olunmaqla sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində işıqlandırılacaqdır.
5. İnşa yazılar 12 oktyabr 2020-ci il tarixədək Gənclər və İdman Nazirliyinə təqdim edilməlidir.
6. Təqdim olunan əlyazmalar geri qaytarılmır.
Əlaqə telefonu: (036) 544-50-06

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930