SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - SƏRƏNCAM

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - SƏRƏNCAM
4-05-2020, 18:24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərəncamda karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verildiyi qeyd olunub.

Sərəncamla AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinə işə cəlb edilən və edilməyən işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilməli, xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi üçün tapşırıq verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930