SON DƏQQƏ

naxcivanxeberleri.com

Bakıda xüsusi ekspress marşrut taksi sistemi tətbiq edilə bilər

Bakıda xüsusi ekspress marşrut taksi sistemi tətbiq edilə bilər
4-05-2020, 18:09

Bakıda xüsusi ekspress marşrut taksi sisteminin tətbiq edilməsi planlaşdırılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə taksilərin fəaliyyəti analiz edilib: "Məsələn, Həzi Aslanov-Koroğlu və ya Koroğlu-20 Yanvar istiqamətində ekspress taksilər xəttə buraxılacaq. Bu xətlər üzrə marşrut taksilər pik saatlarda fəaliyyət göstərə bilər".

BNA sədri əlavə edib ki, taksi fəaliyyəti ilə bağlı ümumi təkliflər hazırlanıb:

"Hazırda qanunsuz taksi fəaliyyət göstərən sürücülərlə bağlı qanunvericilikdə cərimələnmə yoxdur. Bununla bağlı qanunvericiliyə dəyişikliklər edildikdən sonra paytaxtda qanunsuz taksi fəaliyyətinin qarşısı alınacaq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930