SON DƏQQƏ

naxcivanxeberleri.com

Xəzərin sahilinin bəzi yerlərində çirklənmə səviyyəsi normadan artıqdır

Xəzərin sahilinin bəzi yerlərində çirklənmə səviyyəsi normadan artıqdır
4-05-2020, 11:11

Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi məqsədilə növbəti monitorinq Binəqədi, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov məlumat verib. 

O bildirib ki, eyni zamanda Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı Nazirliyə daxil olan şikayətlər də araşdırılıb:

"Həmin yerlərdə axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib. Ümumilikdə aparılan monitorinqlərin nəticəsində məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki, bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır”.

İdarə rəisi qeyd edib ki, hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə göstəriciləri normadan artıqdır:

"Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır. Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930