SON DƏQQƏ

naxcivanxeberleri.com

BANM-in 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb
4-05-2020, 10:10

Bakı Ali Neft Məktəbinin 2 komandası “CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ali Məktəbdən verilən məlumata görə, əsas mərhələyə vəsiqə qazanan 6 təhsil müəssisəsini təmsil edən 10 komandadan məhz ikisi təhsil ocağının komandası olub.

Bunlar Ali Məktəbin tələbələrindən ibarət “Undefined Five Objects” və “Canis Majoris” komandalarıdır.

"Azərkosmos" və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsində ümumilikdə 9 təhsil müəssisəsindən 15 komanda iştirak edib.

Komandalar tərəfindən təqdimatlar “Zoom” onlayn platforması üzərindən nümayiş olunub.

Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin "Qiymətləndirmə meyarları" əsasında “CanSat Azərbaycan” layihəsinin ekspertləri tərəfindən aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930