SON DƏQQƏ

naxcivanxeberleri.com

YAP videokonfrans şəklində növbəti müşavirə keçirib

YAP videokonfrans şəklində növbəti müşavirə keçirib
2-05-2020, 19:52

Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə videokonfrans şəklində növbəti müşavirəsi keçirilib.

YAP-dan bildiriblər ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətindən, qazanılan uğurlardan bəhs edib.

Hazırda dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Qabaqlayıcı, sistemli tədbirlər nəticəsində Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır.

Əli Əhmədov, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstərir.

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930