SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Koronavirus pandemiyasından sonra turizmdə görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO

“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO
2-05-2020, 19:18

“Naxçıvan” Universitetinin təşkilatçılığı , Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Türkiyənin turizmçi alimlərinin iştirakı ilə  “Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, telekonfransı giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq, telekonfrans  iştirakçılarını salamlayıb və bildirib ki, dünyada geniş yayılmış pandemiyaya qarşı muxtar respublikada çox ciddi mübarizə tədbirləri görülüb və nəticədə virusun yayılmasının qarşısı alınıb. İllərdir atılan mütərəqqi addımlar sayəsində əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi sərhədlərin bağlanması şəraitində belə heç bir problemin yaşanmamasına imkan verib. Həmçinin Naxçıvanda infrastruktur tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi, sənaye müəssisələrinin ekoloji  təmizliyə cavab verməsi və digər vacib amillər koronavirus sonrası iqtisadiyyatın, turizmin bərpasında xüsusi əhəmiyyət daşıyacaq. Naxçıvan Muxtar Respublikasında turizmin  bütün sahələri, xüsusilə, səhiyyə və dini turizmin inkişafı üçün bütün lazım olan potensial  var.

Onlayn konfransda İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Koronavirus sonrası Naxçıvan turizminin strateji təhlili”,  “Naxçıvan” Universitetinin  prorektoru,  iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun  “Koronavirusla mübarizədə Naxçıvan modeli: Sosial, iqtisadiyyat və turizm sahələrinə təsiri” Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin   direktoru  Əkbər Novruzovun  “Naxçıvan Muxtar Respublikasının turizm potensialı və koronavirus pandemiyasından sonrakı dövrdə bu potensialdan ən səmərəli istifadə imkanları” mövzularında çıxışları dinlənilib.

Bildirilib ki, araşdırmalar nəticəsində hər bir kriz sonrası bərpa edilən turizm sahələrindən səhiyyə və dini turizmə daha böyük ehtiyac yarandığı məlum olub. Təqdirəlayiq haldır ki, bunların hər ikisi üçün Naxçıvanın böyük potensialı vardır. Bu baxımdan muxtar respublika ərazisindəki Əshabi-Kəhf ziyarətgahına müxtəlif ölkə vətəndaşlarının axınının çoxalmasını indidən proqnozlaşdırmaq mümkündür. Eyni zamanda Naxçıvanda böyük məscidinin tikilməsi də dini turizmin gələcək inkişafını şərtləndirəcək. Koronavirusun ağciyərlə bağlı bir xəstəlik növü olduğunu  nəzərə alaraq pandemiyadan sonrakı dövrdə Duzdağ Fizioterapiya Mərkəzinin də sağlamlıq turizminin inkişafındakı payının daha da artacağını söyləmək olar. Ümumilikdə görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar belə deməyə əsas verir ki, koronavirus pandemiyasından sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsi öz əvvəlki vəziyyətinə qayıdacaq və turist axını dinamik artımla davam edəcək.

Daha sonra  Türkiyənin  İstanbul Universitetinin dosentləri   Arif Yıldızın “Turizmdə davamlılıq məfhumu, alternativ və maraq turizmi və yeni trendlər, koronavirus sonrası olacaq islahatlar”, Dilbər Quliyevanın  “Koronavirus pandemiyasına qarşı alınan tədbirlərin turizm sektoruna və Azərbaycan turizminə təsirləri”,Sercan Yılmazın “Koronavirus sonrası ehtimal olunan turizm təsirləri: Avropa və Türkiyə, pandemiya sonrası istehlakçı və turist davranışlarındakı dəyişiklik”  və “ Naxçıvan”Universitetinin əməkdaşı,  dosent Əli  Cabbarovun  “Naxçıvanda turizmin inkişaf faktorları və perspektivləri” mövzularında çıxışları dinlənilib və  muxtar respublikaya turistlərin cəlb olunmasının  alternativ yolları müzakirə olunub. Sonda  telekonfrans iştirakçılarının sualları cavablandırılıb.

 

“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO
“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO
“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO
“Koronavirus pandemiyasından sonra  turizmdə  görüləcək tədbirlər və fürsətlərin araşdırılması:Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031