SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək
2-05-2020, 17:12

Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NACİVANXEBERLERİ.COM-a bildirilib ki, nazirliyin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaqdadır.

Müəssisənin bu ay istifadəyə verilməsi planlaşdırılır.

Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək.

Hazırda Nazirliyin Bakıdakı Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Cari il ərzində həmin reabilitasiya müsəssisələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930