SON DƏQQƏ

naxcivanxeberleri.com

Nazirlik: 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

Nazirlik: 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib
2-05-2020, 16:02

Müraciət zamanı xaricdə olduğu müəyyən edilən 41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930