SON DƏQQƏ

naxcivanxeberleri.com

Ekoloji qiymətləndirilməyə təqdim olunan ictimai dinləmə onlayn keçiriləcək

Ekoloji qiymətləndirilməyə təqdim olunan ictimai dinləmə onlayn keçiriləcək
2-05-2020, 10:24

Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün növbəti ictimai dinləmə onlayn formada keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ötən ildən başlayaraq ekoloji qiymətləndirilməyə təqdim olunan bütün layihələrə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən sonra rəy verilib. Karantin rejiminin tələblərinə görə, bu dəfə dinləmə onlayn keçiriləcək və agentliyə təqdim olunan 6 layihənin müzakirəsi aparılacaq:

"Layihə icraçılarının, QHT nümayəndələrinin və ekspert-mütəxəssislərin iştirakı ilə 7 may saat 11:00-da keçiriləcək müzakirələrdə dinləməyə çıxarılan altı layihədən üçü səhiyyə, yol infrastrukturu və istilik təchizatı ilə bağlı olmaqla dövlət qurumları tərəfindən, digərləri isə özəl şirkətlər tərəfindən təqdim olunub".

Agentlik rəsmisinin sözlərinə görə, dinləmələrdə hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930