SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində onlayn laborator məşğələlərə start verilib

Naxçıvan Dövlət Universitetində onlayn laborator məşğələlərə start verilib
1-05-2020, 16:30

Naxçıvan Dövlət Universitetində yüksək maddi-texniki baza ilə zəngin laboratoriyaların bugünlərdə belə işlək hala gətirilməsi tələbələrə yaradılan şəraitdən maksimum istifadə etmək imkanı yaradır. Ali təhsil ocağında ilk laborator məşğələ Memarlıq və mühəndislik fakültəsinin  “Dəmiryol stansiya və qovşaqlarının avtomatik idarə edilməsi”  laboratoriyasında keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nəqliyyat və informasiya texnologiyaları kafedrasının müəllimi Yadulla Həziyevin  “Dəmiryol nəqliyyatı və tikintisi  mühəndisliyi” ixtisası tələbələrinə keçdiyi onlayn məşğələdə yol, rabitə və işarevermə sahələrinin tikili və qurğuları, stansiya yolları,150 tonluq vaqon tərəzilərində boş və dolu vaqonların çəkilməsi , svetoforlarin təyinatı və təsnifatı, çeşidləmə qurğuları, qatarların tərtibat məsələləri, dəmiryol keçidlərinin iş prinsipi, qatarların qəbulu və göndərmə qaydalarına nəzər salınıb.

Dərsə  Naxçıvan Dəmir yolları MMC-nin də əməkdaşları da qoşulub. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan dərsdə tələbələrin sualları cavablandırılıb.  Suallar cavablandırılarkən qatarların təsnifatı və avtobloklama
mövzularına aydınlıq gətirilib. 

Qeyd edək ki, dərslərin laboratoriyada onlayn təşkili tələbələrin mövcud durumda belə təcrübi dərslərdən geri qalmamaları üçün təşkil edilir. Məlumat üçün onu da bildirək ki, laboratoriyada yükstansiyaları, material anbarları, texniki xidmət sahələri, çeşidləmə stansiyaları, dartı lokomativi, sərnişin vağzalı binası, dalan yolları və svetoforlar da yerləşir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930