SON DƏQQƏ

naxcivanxeberleri.com

Böyük Vətən müharibəsinin yubiley medalının kimlərə veriləcəyi məlum olub

Böyük Vətən müharibəsinin yubiley medalının kimlərə veriləcəyi məlum olub
1-05-2020, 13:40

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının əsasnaməsində öz əksini tapıb.

Həmin şəxslər yubiley medalı ilə bu Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.

Əsasnamə ilə yubiley medalının taxılma qaydası da müəyyənləşib.

Belə ki, “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930